Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"İslam Respublikası"nın addımı Yezid ibn Müaviyyənin siyasətinə uyğundur

"İslam Respublikası"nın addımı Yezid ibn Müaviyyənin siyasətinə uyğundur


"İran Küveytdə suyun duzsuzlaşdırılması zavodunu vurub. Küveytin içməli su və digər məsələlərdə asılılığı bu müəssisələrdən 60-7o faiz aralığındadır. İmam Əli Suffeyn savaşında suyu qarşı tərəfin üzünə bağlamamışdı. Amma su Müaviyyə tərəfin əlinə keçdikdə qarşı tərəfə su vermədi. Yezidin adamları da Fəratın suyundan İmam Hüseynə qıymamışdı".

Newscenter.az xəbər verir ki, bunları ilahiyyatçı Tural İrfan deyib. O bildirib ki, tarix təkrar olunur və "İslam Respublikası"nın yayın bu qızmar vaxtında Küveytin günahsız insanlarını suya möhtac qoyması yalnız Yezid ibn Müaviyyənin siyasətinə uyğundur, nəinki İmam Əlinin:

"ABŞ bazalarını Küveyt hakimiyyəti yerləşdirib, xalqın burada nə günahı var? Səddam o zaman əhaliyə toxunmadan gedib tutub ilhaq etmişdi. İndi sənin də cürətin varsa get tut, daha heyfini müsəlman əhalidən niyə çıxırsan?".

Süleyman
Xəbəri paylaş