Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İnsan inkişaf etməyi dayandırdığı gün geriləməyə başlayır

İnsan inkişaf etməyi dayandırdığı gün geriləməyə başlayır


Yəhudi əsilli beynəlxalq hüquq müdafiəçisi David Seliverstov yerli mətbuata müsahibə verib. Newscenter-az Onun özünəməxsus və diqqət cəlb edən fəlsəfi fikirləri, cəmiyyət üçün son dərəcə faydalı olan fəaliyyətini əks etdirən müsahibəsini təqdim edir:

- Yəhudi ailəsində böyümək həyat fəlsəfənizə necə təsir edib?

- Mənə ailə dəyərlərini, təhsilin gücünü, zəhmətkeşliyi və insan həyatının müqəddəsliyini öyrədib. Hesab edirəm ki, milliyyət insanı deyil, insan öz əməlləri ilə millətini ucaldır.

- Hüquq müdafiəsi sahəsində sizi ən çox narahat edən problem nədir?

- Ən böyük problem insanların öz hüquqlarını gec xatırlamasıdır. Hüquq yalnız məhkəmədə deyil, gündəlik həyatda da qorunmalıdır.

- Sizi uğurlu biznes lideri edən ən vacib qərar nə olub?

- Texnologiyaya, innovasiyaya və güclü komandaya yatırım etmək. Davamlı inkişaf edən komanda hər bir liderin ən böyük kapitalıdır.

- Sizcə, iqtisadi əməkdaşlıq Türkiyə-İsrail münasibətlərindəki siyasi fikir ayrılıqlarını aradan qaldıra bilər?

- Tam aradan qaldırmasa da, iqtisadi əməkdaşlıq etimadı artırır, dialoq üçün yeni imkanlar yaradır və qarşılıqlı maraqları gücləndirir. İqtisadiyyat çox vaxt siyasətdən daha sabit körpü olur.

- Karyeranız boyunca sizi ən çox dəyişdirən hansı hadisə olub?

- İnsanların taleyi ilə bağlı mürəkkəb hüquqi işlər. Bu, mənə öyrətdi ki, qanun güclü olmalıdır, amma ədalət və vicdan həmişə onun ruhu olmalıdır.

- Sizin fəlsəfi və insanı düşündürən fikirləriniz var. Bunun üçün çox mütaliə etmisiniz, yoxsa həyat təcrübəniz çox olub?

- Hər ikisi. Kitablar düşünməyi öyrədir, həyat isə düşüncələri sınaqdan keçirir.

- Bir insan öz hüquqlarını qorumaq üçün ilk növbədə nəyi bilməlidir?

- İlk növbədə bilməlidir ki, onun hüquqları qanunla qorunur və bu hüquqları bilmədən onları müdafiə etmək mümkün deyil.

- Bu gün siz 20 yaşlı David Seliverstovun xəyal etdiyi insansınız, yoxsa hələ çatmaq istədiyiniz hədəflər var?

- Mən o gəncin bir çox arzularını reallaşdırmışam. Amma insan inkişaf etməyi dayandırdığı gün geriləməyə başlayır. Qarşıda hələ çox məqsədlər və xidmət etmək istədiyim insanlar var.

- Bir cümlə ilə Azərbaycan gənclərinə nə demək istərdiniz?

- Biliyə sərmayə qoyun, qanuna hörmət edin, texnologiyanı mənimsəyin və heç vaxt vicdanınızı uğura dəyişməyin.(525.az)
Xəbəri paylaş