Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Prezidentinin Almaniyaya səfəri iki ölkə arasındakı münasibətlərdə yeni səhifə açacaq

Azərbaycan Prezidentinin Almaniyaya səfəri iki ölkə arasındakı münasibətlərdə yeni səhifə açacaq


"Azərbaycan Prezidenti İlham Əliyev dünən Almaniyaya rəsmi səfərə gedib. Avropa İttifaqının aparıcı dövlətlərindən olan Almaniya iqtisadiyyatının həcminə görə dünyada ilk üçlükdə qərarlaşıb. 5 trilyon dollardan çox nominal ümumi daxili məhsulu olan Almaniya Avropa İttifaqında ən böyük iqtisadiyyata malik dövlətdir".

Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Vüqar Bayramov Azərbaycan Prezidentinin Almaniyaya səfərini şərh edərkən deyib. O bildirib ki, Azərbaycan ilə Almaniya arasındakı strateji tərəfdaşlıq iqtisadi əlaqələrin inkişafı üçün yeni imkanlar formalaşdırır:

"2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 1 milyard 376 milyon dollar olub. Bu əvvəlki ilə nisbətən müəyyən azalma demək olsa da belə, Almaniya ilə Azərbaycan arasındakı ticarət dövriyyəsi son 5 ildə 68 faiz artıb.

Almaniyanın üzv olduğu Avropa İttifaqı uzun müddətdir ki, Azərbaycanın əsas ticarət tərəfdaşıdır. 2025-ci ildə Azərbaycanın 43 milyard 830 milyon dollarlıq ticarət dövriyyəsinin 42 faizindən çoxu Avropa İttifaqının payına düşüb. Azərbaycanın 22 milyard 642 milyon dollarlıq ümumi ixracının isə 69 faizi ittifaq dövlətlərinə yönəlib. Xarici ticarət dövriyyəsinin dördə biri ittifaqa üzv olan İtaliyanın payına düşür. İllik 25.2 milyard kub metrlik qaz ixracının 12,8 milyard kubmetri Avropaya nəql edilir".

Millət vəkili qeyd edib ki, Almaniya da daxil olmaqla Azərbaycanın təbii qaz ixrac etdiyi dövlətlərdən 10 ölkənin Avropa İttifaqının üzvləri olması ölkəmizin Avropanın enerji bazarında mühüm tərəfdaş kimi mövqeyinin güclənməsi anlamına gəlir:

"Azərbaycan son 5 ildə Avropaya 60 milyard kubmetrə yaxın təbii qaz nəql edilib. Azərbaycan Avropa İttifaqına təbii qaz ixrac edən ölkələr arasında ilk beşlikdə qərarlaşıb.

Azərbaycan ilə Almaniya arasındakı enerji əməkdaşlığı iki ölkə arasındakı ticarət dövriyyəsinin artırılması üçün yeni imkanlar yaradır. Tərəflər, eyni zamanda, sərmayələr sahəsində də əməkdaşlığı gücləndirirlər. Azərbaycan Prezidentinin Almaniyaya səfəri iki ölkə arasındakı münasibətlərdə yeni səhifə açacaq".

Süleyman
Xəbəri paylaş