
Türkiyə Rusiyadan alınan S-400 zenit-raket sistemlərinin yenidən ixracı ilə bağlı üçüncü ölkələrlə danışıqları davam etdirir.
Newscenter.az xəbər verir ki, bbu barədə "Türkiye" qəzeti müdafiə naziri Yaşar Gülərə istinadən məlumat yayıb.
Nazir bildirib ki, ABŞ ilə hərbi-siyasi sahədə davam edən və müsbət impuls qazanan prosesin bir hissəsi olaraq, keçmişdən miras qalmış məsələlər, o cümlədən üçüncü ölkələrlə bağlı məsələlər üzrə qarşılıqlı anlaşma və əməkdaşlıq yolu ilə həll yolları axtarılır:
"Milli müdafiə planlarımız, həmişə olduğu kimi, mövcud və gələcək təhdidlərin təhlili nəzərə alınmaqla diqqətlə və səriştəli şəkildə hazırlanır”.
Bir müddət əvvəl "Hürriyet" qəzeti S-400-lərin Türkiyə tərəfindən Fars körfəzi ölkəsinə satıldığını yazmışdı. Ən çox ehtimal olunan alıcılar kimi BƏƏ və Qətər göstərilirdi.
Qeyd edək ki, 2017-ci ildə Türkiyə Rusiyadan 2,5 milyard dollara dörd diviziya S-400 hava hücumundan müdafiə sistemləri alıb.
Anar











































