Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan milli mətbuatı bu gün inkişafın yeni mərhələsini yaşayır

Azərbaycan milli mətbuatı bu gün inkişafın yeni mərhələsini yaşayır


"Azərbaycan milli mətbuatı bu gün inkişafın yeni mərhələsini yaşayır. Xüsusilə son illərdə dövlət tərəfindən media sahəsinə göstərilən diqqət və dəstək nəticəsində qanunvericilik bazası təkmilləşdirilib, jurnalistlərin peşə fəaliyyətinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb, rəqəmsal transformasiya sürətlənib və informasiya təhlükəsizliyi prioritet istiqamətlərdən birinə çevrilib".

Bunları Newscenter.az-a AzTurk Holding-in prezidenti Güləli Bağırov deyib. Onun sözlərinə görə, Prezident cənab İlham Əliyevin media sahəsinə göstərdiyi diqqət və qayğı ölkədə güclü, peşəkar və məsuliyyətli mətbuatın formalaşmasına mühüm töhfə verir:

"Bu dəstək media nümayəndələrinin üzərinə də böyük məsuliyyət qoyur. Mətbuat cəmiyyətə operativ, dəqiq, obyektiv və qərəzsiz informasiya təqdim etməli, milli maraqları, dövlətçilik prinsiplərini və ictimai həmrəyliyi hər zaman ön planda saxlamalıdır".

Güləli Bağırov onu da deyib ki, bugünkü dövrdə dezinformasiyanın və informasiya müharibələrinin geniş vüsət aldığı bir zamanda medianın rolu daha da artır:

"Buna görə də jurnalistlər faktlara əsaslanan, peşə etikası normalarına uyğun fəaliyyət göstərməli, cəmiyyətin maarifləndirilməsinə, dövlətin beynəlxalq nüfuzunun möhkəmlənməsinə və milli maraqların qorunmasına töhfə verməlidirlər.

Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini səmimi qəlbdən təbrik edir, onlara peşə fəaliyyətlərində uğurlar, obyektivlik, prinsipiallıq və yeni nailiyyətlər arzulayıram".

Süleyman
Xəbəri paylaş