
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İspaniyanı Dünya Çempionatında qələbə qazanması münasibətilə təbrik edib.
Newscenter.az xəbər verir ki, Türkiyə Prezidenti təbrik mesajını sosial şəbəkə hesabında paylaşıb.
Ərdoğan mesajında, "Ölkəm və millətim adından dost İspaniya xalqına salamlarımı və ən xoş arzularımı çatdırıram",- deyə bildirib. Türkiyə Prezidenti İspaniya millisinə uğurlar arzu edib.
Qeyd edək ki, Dünya Çempionatının final mərhələsində İspaniya millisi Argentina ilə qarşılaşıb. Oyun 1-0 hesabı ilə birincilərin qələbəsi ilə başa çatıb və İspaniya Dünya Çempionatının kubokuna sahib olub.
Süleyman













































