Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Neft-qaz idxalındakı kəskin azalma nə ilə bağlıdır?

Neft-qaz idxalındakı kəskin azalma nə ilə bağlıdır?


"2026-cı ilin yanvar-may aylarında Azərbaycanın qeyri neft-qaz idxalı real ifadədə 45.4 faiz azalıb. Bu müddətdə, qeyri neft-qaz ixracatında 3.7 dəfə artım qeydə alınıb. İdxalın azalması və ixracatın artması valyutanın hərəkəti baxımdan müsbət məqamdır".

Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, idxalın azalması valyutanın ölkədə qalmasına, ixracatın artması isə ölkəyə daha çox valyutanın daxil olmasına şərait yaradır:

"Bəs, qeyri neft-qaz idxalındakı kəskin azalma nə ilə bağlıdır? Rəsmi statistikaya əsasən, qeyri neft-qaz idxalında faiz etibarı ilə daha çox azalma minik avtomobillərində qeydə alınıb. Bu ilin ilk 5 ayında Azərbaycana 430.2 milyon dollar məbləğində 23411 avtomobil idxal edilib. Bu real ifadədə 40 faiz azalma deməkdir".

Deputat qeyd edib ki, dərman vasitələrinin idxalına həmin müddətdə cəmi 192.6 milyon dollar xərclənib:

"Bu məhsulların idxalı 34 faiz azalıb. Məişət kondisionerlərinin idxalında 20 faiz azalma qeydə alınıb. 130 milyon dollarlıq idxalı olan polat prokatında isə 10 faiz azalma müşahidə edilib.

Həmin dövrdə qeyri neft-qaz idxalındakı azlama çay, kartof, ayaqqabı, şokolad və bir sıra digər sənaye və qida məhsulları üzrə də qeydə alınıb".

Süleyman
Xəbəri paylaş