Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa İttifaqının Azərbaycan Nümayəndəliyi ölkəmizin üzləşdiyi mina problemi ilə bağlı məlumatlandırılıb

Avropa İttifaqının Azərbaycan Nümayəndəliyi ölkəmizin üzləşdiyi mina problemi ilə bağlı məlumatlandırılıb


Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyi üzvləri Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Proqram Meneceri Oana Udriște ilə görüşüblər.

Newscenter.az xəbər verir ki, bu barədə məlumat verən ictimai birliyin sədri Hafiz Səfixanov deyib ki, görüş zamanı xanım Udrișteyə ölkəmizdə minaların yaratdığı problemlər, minatəmizləmə əməliyyatları, partlayıcı sursatlara dair maarifləndirmə və mina qurbanları barədə məlumat verilib:

"Bundan başqa təşkilatımızın əvvəlki illərdə həyata keçirdiyi layihələr barədə ətraflı məlumatlar verilib və hazırladığı hesabatlar təqdim edilib.

Avropa İttifaqının dünyada minatəmizləməyə göstərdiyi yardım müzakirə olunub, indiyədək Azərbaycana göstərilmiş yardıma görə təşəkkür edilib. Azərbaycandakı mina problemlərinin miqyası nəzərə alınaraq Avropa İttifaqının minaların yaratdığı problemlərin həll olunması üçün göstərilən dəstəyin artırılmasının vacibliyi qeyd olunub".

Hafiz Səfixanov qeyd edib ki, xanım Oana Udrișteni maraqlandıran suallara ətraflı cavablar verilib:

"Görüşün sonunda o, ətraflı müzakirə və Azərbaycandakı minaların yaratdığı problemlərə dair vəziyyətin hərtərəfli izahı üçün Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyinin üzvlərinə təşəkkürünü bildirib".

Süleyman
Xəbəri paylaş