
Qazaxıstanda son 80 ilin temperatur rekordu qeydə alınıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən xəbər verir ki, göstərici Almatıda müşahidə edilib. Məlumata görə, şəhərdə havanın temperaturu +38 dərəcəyə çatıb. Belə bir temperatur ən son 80 il əvvəl qeydə alınıb. Bildirilir ki. 1945-ci ildə Almatıda ən yüksək temperatur +37,4 dərəcə olaraq göstərilib.
Qarşıdakı günlərdə Almatıda temperaturun +40-42 dərəcəyə yüksələcəyi proqnozlaşdırılır.
Anar












































