Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zelenski ABŞ-a gedəcək

Zelenski ABŞ-a gedəcək


Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-a səfər edəcək.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Ukrayna prezidenti özü deyib. O bildirib ki, səfər çərçivəsində ABŞ Prezidentinin xüsusi elçisi Stiven Vitkoff və sahibkar Cared Kuşnerlə görüşəcək.

"ABŞ-da görüşümüz olacaq. Dəvət olunmuşduq və düşünürəm ki, görüş yaxın günlərdə, bir həftə ərzində baş tutacaq", - deyə o bildirib.

Zelenski əlavə edib ki, çərşənbə günü Vitkoff və Kuşnerlə telefon danışığı zamanı Ukrayna və ABŞ nümayəndələri Ukrayna münaqişəsinə son qoymaq üçün ABŞ-ın müxtəlif təkliflərini müzakirə ediblər.

Ukrayna prezidenti həmçinin bildirib ki, səfəri zamanı Patriot hava hücumundan müdafiə sistemi üçün raketlər istehsal edən Lockheed Martin şirkətinin nümayəndələri ilə görüşməyi planlaşdırır.

Anar
Xəbəri paylaş