Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Berlin–Bakı münasibətlərində yeni mərhələ başlayıb

Berlin–Bakı münasibətlərində yeni mərhələ başlayıb


"2026-cı ilin əvvəlindən Berlin–Bakı münasibətlərində yeni mərhələ başlayıb. Son beş ildə ticarət dövriyyəsinin 68% artması bunu göstərir".

Newscenter.az xəbər verir ki, bunları iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, Azərbaycanın Almaniyaya qaz ixracının artması bu dinamikanı daha da gücləndirəcək:

"Almaniya Avropada təbii qaza ən çox tələbatı olan ölkədir. Avropanın illik təxminən 500 milyard kubmetr qaz tələbatının təxminən 80 milyard kubmetri Almaniyanın payına düşür. Şimal Axını-1 və Şimal Axını-2 layihələri sıradan çıxdıqdan (partladıldıqdan) sonra Almaniyanın Rusiyadan gözlədiyi qaz həcmi reallaşmadı və ölkə alternativ mənbələrə yönəldi".

İqtisadçı hesab etmir ki, Almaniyanın Azərbaycana marağı yalnız qazla məhdudlaşsın:

"Cənubi Qafqazda mövqeyini gücləndirmək istəyən hər ölkə Azərbaycanla iqtisadi və siyasi münasibətləri inkişaf etdirməyə çalışacaq. Almaniyada bu maraq var. Xüsusilə qeyri-neft sənayesi, yüksək texnologiyalar və müdafiə sənayesi üzrə birgə müəssisələrin yaradılması həm Azərbaycan, həm də Almaniya üçün faydalı olar".

Süleyman
Xəbəri paylaş