Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zelenski Ukrayna Silahlı Qüvvələrində (USQ) kadr dəyişikliklərini elan etdi

Zelenski Ukrayna Silahlı Qüvvələrində (USQ) kadr dəyişikliklərini elan etdi


Ukrayna prezidenti Volodimir Zelenski ölkənin Silahlı Qüvvələrində (USQ) kadr dəyişikliklərini elan edib.

Newscenter.az bildirir ki, dövlət başçısı Baş Komandan Mixaylo Drapatyiyə bu məqsədlə təkliflər hazırlamağı tapşırıb.

"Orduda kadr dəyişikliyi olacaq. Yeni Baş Komandandan təkliflər gözləyirəm", - deyə o, İrlandiyanın Baş naziri Mixael Martin ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

Zelenski həmçinin Drapatyiyə və Ukraynanın müdafiə naziri vəzifəsini icra edən Yevgen Xmara hərbi sahədə nizam-intizamı daha da möhkəmləndirməyi tapşırıb.

Qeyd edək ki, Mixaylo Drapatyi 22 iyulda Zelenskinin fərmanı ilə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı təyin edilib.

Anar
Xəbəri paylaş