Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran ABŞ-la yeni danışıqlara başlamaq istəyir

İran ABŞ-la yeni danışıqlara başlamaq istəyir


"Pakistan ABŞ və İran arasında yenidən vasitəçilik missiyasını yerinə yetirir. ABŞ 40 günlük müharibədə İranla memorandum bağlamaqda israr edirdi. Tehranla əməkdaşlığa açıq idi. Ona görə də imzalanan memorandumda İran iqtisadiyyatının inkişafı üçün sanksiyaların aradan götürülməsi və bir çox güzəştlər tanınmışdı. Tehranda oturanlar daha çox "güzəştlər" əldə etmək üçün atəşkəsi pozub, müharibəni yenidən başladılar".

Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, ABŞ Iranla danışıqlarda maraqlı deyil:

"İran Vaşinqtonla yenidən danışmaq üçün cəhdlər edir. İranın daxili işlər naziri Pakistana səfər etdi. Qeyd edim ki, D. Tramp və administrasiyası Tehrana bir dəfə güzəştə getdi. Ona görə də ABŞ İranın hərbi və iqtisadi infrastrukturunu çökdürmək üçün hərbi əməliyyatları davam etdirir.

ABŞ məqsədi iqtisadiyyatı sarsıdıb, hakimiyyət daxilində xaos yaratmaq və Tehranı strateji böhrana çəkməkdir. ABŞ və İran arasında danışıqlar baş tutarsa, yeni memorandumda D. Tramp İrana güzəştlər tanımayacaq".

Süleyman
Xəbəri paylaş