Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yunus Emre İnstitutu ilə TRT Azərbaycan təmsilçiliyi arasında əməkdaşlıq imkanları müzakirə edilib

Yunus Emre İnstitutu ilə TRT Azərbaycan təmsilçiliyi arasında əməkdaşlıq imkanları müzakirə edilib


Yunus Emre İnstitutunun Bakı ofisinin rəhbəri Gökhan Seyhan TRT Azərbaycan Təmsilciliyinin rəhbərliyinə təyinat alan Sefa Burak Bozyellə görüşüb.

Newscenter.az Instituta istinadən bildirir ki, görüş TRT Azərbaycan təmsilçiliyində baş tutub.

Görüş zamanı gələcəkdə həyata keçirilməsi planlaşdırılan birgə layihə və əməkdaşlıqlar məsələləri müzakirə edilib. Eləcə də müxtəlif istiqamətlərdə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Sefa Burak Bozyel bir müddət əvvəl TRT Azərbaycan Təmsilçiliyinə rəhbər təyin olunub.

Süleyman
Xəbəri paylaş