
Serbiyada növbədənkənar parlament seçkiləri oktyabr və ya noyabr aylarında keçiriləcək.
Newscenter.az xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç Belqradda Çexiya Baş naziri Andrey Babişlə görüşdən sonra bildirib. Vuçiç parlament seçkilərindən qısa müddət sonra isə ölkədə prezident seçkilərinin keçiriləcəyini deyib.
"Mən artıq seçkilərin 2026-cı ilin sonuna qədər keçiriləcəyini demişəm. Sözümün üstündə duracağam və indi xalqın öz iradəsini ifadə etməsi lazımdır. Parlament seçkiləri mütləq ilin sonuna qədər keçiriləcək və bundan qısa müddət sonra prezident seçkiləri keçiriləcək", - deyə Vuçiç bildirib.
Serbiya prezidenti bir müddət əvvəl deyib ki, parlament seçkiləri təyin edildikdən sonra dövlət başçısı vəzifəsindən istefa verəcək
Anar












































