Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ÜST Avropanı kəskin istilərə hazır olmağa çağırdı:Siyahıda Azərbaycan da var

ÜST Avropanı kəskin istilərə hazır olmağa çağırdı:Siyahıda Azərbaycan da var


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Kluge Avropa ölkələri səhiyyə sistemlərini pandemiyalar kimi kəskin istilərə də hazır olmağa çağırıb.

Newscenter.az TASS-a istinadən bildirir ki, o, xüsusilə xəstəxanaların hazırlığına diqqət çəkib və bu məsələyə pandemiyaya hazırlıq qədər ciddi yanaşılmalı olduğunu deyib:

"Həddindən artıq qızmış palatalar, həddindən artıq yüklənmiş işçi heyəti və sıradan çıxan soyutma və informasiya sistemləri 21-ci əsr Avropa yayı şəraitində qəbuledilməzdir"

Ekspert qeyd edib ki, bu yayın dərsləri konkret və praktikdir:

"Erkən xəbərdarlıq sistemləri yalnız əhali üçün tövsiyələr deyil, həm də qətiyyətli ictimai səhiyyə tədbirləri ilə avtomatik olaraq izlənildikdə həyatları xilas edir".

O, ən həssas vətəndaşların müayinəsi, ictimai yerlərin soyudulması və açıq havada işləyənlər üçün iş qrafiklərinin tənzimlənməsi kimi tədbirləri misal gətirib.

Qeyd edək ki, ÜST-ün Avropa Regionu, Rusiya, Türkiyə, Qafqaz, Qazaxıstan, Qırğızıstan və Tacikistan da daxil olmaqla, Avropa və Orta Asiyada 53 ölkəni əhatə edir.

Anar
Xəbəri paylaş