Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə və Özbəkistan əczaçılıq sektorunda əməkdaşlığı inkişaf etdirəcək

Türkiyə və Özbəkistan əczaçılıq sektorunda əməkdaşlığı inkişaf etdirəcək


Türkiyə və Özbəkistan əczaçılıq sektorunda əməkdaşlığı inkişaf etdirəcək.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə razılıq iki ölkənin biznes strukturlarının görüşündə əldə edilib.

Belə ki, Özbəkistan Ticarət və Sənaye Palatasında Türkiyənin əczaçılıq sənayesində aparıcı şirkətlərindən biri olan Kiperin İlaç Gıda Sanayi ve Ticaret Limited Şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Ticarət və Sənaye Palatasının sədr müavini Bəhrom Məxmətrayemov və sədrin müşaviri Əlişir Şeyxov iştirak ediblər.
Görüşdə Özbəkistan və Türkiyə arasında ticarət-iqtisadi əməkdaşlığın daha da dərinləşdirilməsi, əczaçılıq sektorunda birgə investisiya layihələrinin həyata keçirilməsi, müasir istehsal müəssisələrinin yaradılması, texnologiya transferi və ixrac potensialının artırılması məsələləri ətraflı müzakirə edilib.

Danışıqlar zamanı türkiyəli sahibkarlara ölkəmizdə investorlar üçün yaradılmış əlverişli biznes mühiti, istehsalın lokallaşdırılması imkanları, dövlət tərəfindən təmin edilən dəstək mexanizmləri, vergi və gömrük güzəştləri, eləcə də ixrac-idxal fəaliyyətinin təşkili prosedurları barədə ətraflı məlumat verilib.

Tərəflər əczaçılıq sektorunda birgə layihələrin həyata keçirilməsi, investisiyaların cəlb edilməsi, qabaqcıl texnologiyaların tətbiqi, ixrac-idxal əməliyyatlarının həcminin genişləndirilməsi və Özbəkistan və Türkiyənin işgüzar dairələri arasında birbaşa tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Görüşün sonunda iki ölkə arasında əczaçılıq sektorunda praktik əməkdaşlığın daha da genişləndirilməsi, investisiyaların və texnologiya transferinin stimullaşdırılması və perspektivli birgə layihələrin həyata keçirilməsində əməkdaşlığın ardıcıl olaraq davam etdirilməsi barədə razılığa gəlinib.

Süleyman
Xəbəri paylaş