Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukraynanın kənd təsərrüfatı sektorunda 3 milyard dollar itki olacaq

Ukraynanın kənd təsərrüfatı sektorunda 3 milyard dollar itki olacaq


Ukraynanın kənd təsərrüfatı sektoruna ixracının əksəriyyətinin həyata keçirildiyi Böyük Odessa limanlarının (Odessa, Yujnı və Çornomorsk) boş dayanmasından dəyən zərər 2026-cı ildə 3 milyard dollara çata bilər.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Ukraynanın aqrar siyasət və ərzaq naziri Taras Vısotski bildirib.

O, deyib ki , Ukraynanın kənd təsərrüfatı sektoru üçün birbaşa itkilər bu il 1,5 milyard dollardan 3 milyard dollara qədər ola bilər. Nazir əlavə edib ki, limanların bağlanması ilə bağlı mövcud vəziyyət 2022-ci ilin əvvəlindəkindən daha çətindir".

Qeyd edək ki. 22 iyuldan bəri Odessa, Çornomorsk və Yujnı limanları bir dənə də xarici yük gəmisi qəbul etməyib və ya göndərməyib. Beynəlxalq şirkətlər təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən onlarla işləməkdən imtina edir və yük daşımalarını, xüsusən də Rumıniyadakı Konstansa limanına yönləndirirlər.

Anar
Xəbəri paylaş