Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya Paşinyanın İlham Əliyevə zəngindən niyə narahatdır?

Rusiya Paşinyanın İlham Əliyevə zəngindən niyə narahatdır?


Ermənistanın Baş naziri Nikol Paşinyan prezident İlham Əliyevə zəng edib. İki ölkə arasında sülh mətninin paraflanmasının ildönümü münasibətilə edilən telefon zəngi iki ölkə arasında de-fakto sülhün olduğunun göstəricisidir. İki ölkə müstəqillik qazandıqdan sonra münaqişədə olublar. Bu, iki ölkə arasında rəsmi şəkildə müstəqil dövlətlər kimi liderlər arasında ilk telefon danışığıdır.

Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, N. Paşinyanın cənab İlham Əliyevə zəngi Moskvada qısqanclıq və narahatlıqla qarşılanır:

"Rusiya iki ölkə arasında sülhün əldə olunmaması üçün 30 il çalışıb. Hətta ikinci Qarabağ müharibəsini bitirən 10 noyabr Birgə Bəyannamədə Rusiya iştirak etməsinə baxmayaraq sülhə imkan vermirdi.

Artıq iki ölkə arasında münaqişə bitib. Ermənistan rəhbərliyinin qarşısında duran başlıca vəzifə konistitusiya referendumunu keçirib Yekun sülh müqaviləsi bağlamaqdır.
Ermənistan hakimiyyəti konistitusiya referendumuna gedəcək. Bunun üçün hüquqi mexanizmlər var".

Süleyman
Xəbəri paylaş