
"Belarus prezidenti Aleksandr Lukaşenkonun Ermənistanın kimə lazım olduğu barədə açıqlaması digər Avrasiya İqtisadi Birliyinə üzv dövlətlər tərəfindən də tirajlanır. Problem Lukaşenkonun çıxışında deyil. Problem əsas qavrayışdadır. Biz bir-birimizin gözünə baxmalı və deməliyik ki, Belarus prezidentinin dedikləri bir sıra AİB ölkələri tərəfindən də Ermənistana qarşı olan davranışdır"
Newscenter.az TASS-a istinadən bildirir ki, bunları Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə bildirib. Paşinyan deyib ki, bu, hörmətsiz bir davranışdır:
"Bu davranış Qarabağ münaqişəsinin, eləcə də Azərbaycan və Türkiyə ilə münaqişələrin mövcudluğuna əsaslanırdı. Bu o deməkdir ki, onların qaçacaq yeri yoxdur və buna görə də biz onlara istədiyimiz kimi yanaşa bilərik".
Paşinyan daha əvvəl Yerevanın Rusiyaya yalnız iqtisadi deyil, həm də siyasi alternativ axtardığını bildirmiş və Ermənistanın Çin, ABŞ, Böyük Britaniya, Hollandiya, Fransa və digər ölkələrlə strateji münasibətlər haqqında sənədlər imzaladığını demişdi.
Anar












































