
Özbəkistanda nəqliyyat infrastrukturunun inkişafına, müxtəlif nəqliyyat növlərinin qarşılıqlı əlaqəsinə, əhali və turistlər üçün rahat səyahət sisteminin yaradılmasına xüsusi diqqət yetirilir. Xorazm bölgəsində həyata keçirilən layihə də bu məqsədlərə xidmət edir.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, dəyəri 225 milyard sum olan layihə çərçivəsində Urgenç Beynəlxalq Hava Limanı ilə dəmir yolu stansiyasını birləşdirən 11 kilometrlik yeni dəmir yolu xətti çəkilib. Onun üzərində bir stansiya, bir körpü, yol qovşaqları və 25 su təchizatı qurğusu tikilib.
Yeni marşrut ildə təxminən 650 min yerli və xarici turistin daşınmasına imkan verəcək. Xiva ilə Urgenç arasında səyahət müddəti 80 dəqiqədən 40 dəqiqəyə qədər iki dəfə azaldılacaq. Təxminən 30 yeni iş yeri yaradılacaq.
Diqqətəlayiq haldır ki, hava limanını və dəmir yolunu birbaşa birləşdirən belə bir layihə ölkəmizdə ilk dəfə həyata keçirilib. Çin istehsalı olan CR200J elektrik qatarı Urgenç Beynəlxalq Hava Limanı - Xiva marşrutu üzrə yola salınır.
Altı vaqondan ibarət olan bu elektrik qatarı eyni anda təxminən 400 sərnişin daşıya bilir. Saatda 160 kilometrə qədər sürətlə hərəkət edə bilir. Vaqonlarda VIP, biznes və ekonom sinif oturacaqları, pulsuz Wi-Fi, elektron cihazları doldurmaq imkanı, müasir kondisioner və istilik sistemləri mövcuddur. Əlilliyi olan insanlar üçün də lazımi şərait yaradılıb.
Anar












































