
Avqust ayında Fransada elektrik enerjisi xərcləri son 19 ayın ən yüksək səviyyəsinə çatıb.
Newscenter.az-ın xəbərinə görə, bu barədə Bloomberg məlumat yayıb. Nəşrin məlumatına görə, 15 avqustda Fransanın nüvə elektrik stansiyalarından elektrik enerjisi istehsalı oktyabr ayından bəri ən aşağı səviyyəyə düşüb. Nəticədə qiymət MVt/saat üçün 177,34 avroya yüksəlib.
Yüksək su temperaturu səbəbindən bəzi elektrik stansiyaları reaktorları soyutmaq üçün çayların suyundan istifadə edə bilmir. Nəticədə bu da onları qurğularının işini məhdudlaşdırmağa məcbur edir.
Anar












































