
10-16 avqust 2026-cı il tarixlərdə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları nəticəsində 1700.4 hektar ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib.
Newscenter.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilib.
Məlumata görə, 107 ədəd piyada əleyhinə mina, 25 ədəd tank əleyhinə mina, 614 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Humanitar minatəmizləmə əməliyyatları ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, beş yerli təşkilatı və bir QHT tərəfindən Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarının və Xankəndi şəhərinin ərazilərində, bundan başqa Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirilib.
Anar












































