
Azərbaycan və Özbəkistan sahibkarlarını bir araya gətirən biznes klubu və platforması olan “Networkstan” şirkətinin icraçı direktoru Vüqar Mirzəyevin növbəti görüşü FAB şirkətinin Özbəkistan filialının rəhbəri Elcan Kərimovla olub.
Newscenter.az-a “Networkstan” şirkətindən bildirilib ki, görüş zamanı Elcan Kərimov şirkətin Özbəkistandakı hazırkı fəaliyyəti, satış istiqamətləri və həyata keçirdiyi işlər barədə ətraflı məlumat verib.

Həmçinin qarşılıqlı əməkdaşlıq və tərəfdaşlıq imkanları, eləcə də gələcək birgə fəaliyyət planları ətrafında faydalı fikir mübadiləsi aparılıb.
Vüqar Mirzəyev əmin olduğunu bildirib ki, qarşılıqlı faydalı və uzunmüddətli əməkdaşlıq uğurlu nəticələr verəcək.
Süleyman












































