Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ və İsrail Qəzzada münaqişələrin həlli mexanizmi yaratmaq niyyətindədirlər

ABŞ və İsrail Qəzzada münaqişələrin həlli mexanizmi yaratmaq niyyətindədirlər


ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşner və İsrailin Baş naziri Benyamin Netanyahu Qüdsdəki görüşlərindən sonra Qəzza zolağında razılaşmanın pozulmasını izləyəcək və gərginliyin artmasının qarşısını alacaq münaqişələrin həlli mexanizmi yaratmaq barədə razılığa gəliblər .

Newscenter.az xəbər verir ki, bu barədə Axios məlumat yayıb.

Məlumata görə, Misir tərəfi yuxarıda qeyd olunan mexanizmin formalaşdırılmasında iştirak edəcək və bu mexanizm İsrailin radikal Fələstin HƏMAS hərəkatından gələn potensial təhdidlərlə bağlı narahatlıqlarını aradan qaldıracaq.

"Əgər İsrail HƏMAS-ın potensial təhlükə yarada biləcək hər hansı bir hərəkət etdiyini görsə, bu barədə münaqişələrin aradan qaldırılması mexanizminə məlumat verəcək və bu mexanizm HƏMAS qarşısında məsələ qaldıracaq. Bu yolla HƏMAS bizim onları izlədiyimizi biləcək", - portal bildirib.

O, öz növbəsində, baş nazirin Qəzza zolağında humanitar vəziyyətin, xüsusən də su və sanitariya ilə bağlı vəziyyətin yaxşılaşdırılması üçün addımlar atmağa sadiq olduğunu bildirib. Kuşner və Netanyahu iki işçi qrup yaratmaq barədə razılığa gəliblər: Biri Qəzzanın silahsızlaşdırılması, digəri isə humanitar vəziyyətlə bağlı. ABŞ hökumətindəki mənbə Axios-a əlavə edib ki, israillilərlə fikir ayrılıqları o qədər də böyük deyil:

"İkimiz də HƏMAS-a etibar etmirik. Amma inanırıq ki, bəzi konkret addımlar ata bilərik. İsrailin siyasi atmosferində panika var. Amma HƏMAS-ın silahlarını təslim etdiyini görsək, bu, prosesin həqiqətən başladığının ilk əlaməti olacaq".

Anar
Xəbəri paylaş