
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində 214 ahıl şəxsə xidmət göstərilir. Onlardan 110-u kişi, 104-u qadındır.
Bu barədə Newscenter.az-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, sakinlərlə sosial iş aparılır və onların sosial reabilitasiyası həyata keçirilir. Ahıllar sosial-məişət, tibbi-sosial, sosial-psixoloji, sosial-hüquqi və sosial-mədəni xidmətlərlə təmin edilirlər.
Arzu












































