
Milli Məclisin deputatı Vüqar Bayramov Qlobal Ticarət və İnnovasiya Siyasəti Alyansının (GTIPA) illik zirvə toplantısında iştirak etmək məqsədilə sentyabrın 8-də Polşanın Varşava şəhərinə səfər edəcək.
Newscenter.az xəbər verir ki, tədbir çərçivəsində müasir iqtisadiyyatın və beynəlxalq əməkdaşlığın əsas çətinlikləri ətrafında müzakirələr aparılacaq. Deputatımızın tədbirdə “ Azərbaycanda rəqəmsal inkişaf və süni intellekt: Hədəflər və perspektivlər” mövzusunda çıxışı nəzərdə tutulub.
Səfər sentyabrın 14-də başa çatacaq.
Süleyman












































