
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiçin dəvəti ilə bu ölkəyə rəsmi səfərə yola düşüb.
Newscenter.az Özbəkistan Prezidentinin Mətbuat Xidmətinə istinadən bildirir ki, Belqrada səfər çərçivəsində yüksək səviyyəli danışıqların və iki ölkənin rəsmi şəxslərinin və işgüzar dairələrinin nümayəndələrinin iştirakı ilə biznes forumunun keçirilməsi planlaşdırılır.
Görüşlər zamanı Özbəkistan və Serbiya arasında çoxşaxəli əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı cari məsələlərə baxılacaq. Danışıqların yekunları üzrə əhəmiyyətli sənədlər paketinin qəbul edilməsi planlaşdırılır.
Süleyman












































