
2026-cı ilin yanvar-avqust aylarında Özbəkistana 9 102 729 xarici vətəndaş turist məqsədi ilə səfər edib.
Newscenter.az xəbər verir ki, bu barədə Milli Statistika Komitəsi məlumat verib. Komitədən bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 milyon nəfər və ya 21,1% çoxdur.
Özbəkistana ən çox turist Qırğızıstan, Qazaxıstan, Tacikistan, Rusiya və Əfqanıstandan gəlib. Beləliklə, Rusiya Özbəkistanla ortaq sərhədi olmayan ölkələr arasında turist axınına görə birinci yeri tutub.
İlk səkkiz ayda Çindən təxminən 318,5 min turist gəlib. Bu rəqəm ilk 5-likdə olan Əfqanıstanın nəticələrinə yaxındır.
Süleyman











































