
Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının spikeri Nuriddin Ismoilov ilə görüşüb.
Newscenter.az xəbər verir ki, bu barədə səfir Rəşad Məmmədov sosial şəbəkə hesabında məlumat verib. Səfir bildirib ki, görüşdə Azərbaycan-Özbəkistan münasibətlərinin hazırkı vəziyyəti və parlamentlərarası əlaqələrin inkişafı barədə ətraflı fikir mübadiləsi aparılıb.

"Həmçinin parlament diplomatiyasının imkanlarından istifadə etməklə qanunvericilik orqanları arasında əməkdaşlığın daha da genişləndirilməsi məsələlərinə toxunduq",-deyə Rəşad Məmmədov vurğulayıb.
Süleyman












































