
Transxəzər Nəqliyyat Dəhlizi Özbəkistanın Avropa bazarlarına çıxışının şaxələndirilməsində mühüm istiqamətlərdən biridir. Buna görə də, bu dəhliz vasitəsilə daşımaların effektiv təşkili və mövcud maneələrin aradan qaldırılması məsələləri təcili əhəmiyyət kəsb edir.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, Daşkənddə Transxəzər Nəqliyyat Dəhlizi Koordinasiya Platforması çərçivəsində Avropa İttifaqı, Özbəkistan Respublikası Nəqliyyat Nazirliyi və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə əməkdaşlıq çərçivəsində Özbəkistanın özəl sektor nümayəndələri üçün "Transxəzər Nəqliyyat Dəhlizi üçün Prioritet İslahatlar" mövzusunda seminar keçirilib.
Tədbirdə dövlət qurumlarının, logistika və ekspeditor şirkətlərinin, yükgöndərənlərin, biznes birliklərinin və beynəlxalq maliyyə institutlarının nümayəndələri iştirak ediblər. İclasda dəhlizin səmərəliliyinin artırılmasına yönəlmiş prioritet islahatlar və praktik tədbirlər müzakirə olunub.
Aİ-nin Özbəkistandakı səfiri Toivo Klaar qeyd edib ki, Transxəzər Nəqliyyat Dəhlizi Aİ-nin Qlobal Gateway təşəbbüsü çərçivəsində strateji istiqamətlərindən biridir. O, Aİ-nin nəqliyyat infrastrukturunun inkişafına və logistika əlaqələrinin gücləndirilməsinə yönəlmiş layihələri dəstəklədiyini qeyd edib.
Süleyman












































