Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət sifarişləri üçün yaradılan təşkilatların işi dayandırılacaq

Dövlət sifarişləri üçün yaradılan təşkilatların işi dayandırılacaq


Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev yalnız dövlət sifarişlərinin icrası məqsədilə yaradılan təşkilatların işinin dayandırılması barədə göstəriş verib.

Newscenter.az Akorda-ya istinadən bildirir ki, prezidentə bir sıra respublika ictimai birliklərinin yalnız kağız üzərində qeydiyyatdan keçdiyi barədə məlumat daxil olub. Tokayev özü bu barədə deyib ki, bu cür təşkilatların əslində dəbdəbəli adlarından başqa heç nəyi yoxdur. Yəni onlar saxta strukturlardır.

"Aydındır ki, bu cür təşkilatlar vətəndaşların maraqlarını qorumaq üçün deyil, başqa məqsədlər, yəni karyera qurmaq üçün yaradılıb. Bəzi hallarda bu, saxtakarlıq həddinə çatıb. Buna yol verilə bilməz. Buna görə də bu cür faktlar hüquq-mühafizə orqanlarının diqqətinə çatdırılacaq", - deyə Tokayev Xalq Şurasının ilk iclasında bildirib.

Süleyman
Xəbəri paylaş