Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın milli maraqlarını layiqincə təmin edən Lider.

[center]Azərbaycanın milli maraqlarını layiqincə təmin edən Lider.[/center

1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan çox keçmədən ciddi siyasi və iqtisadi problemlərlə üzləşdi. Ölkədə idarəetmədə ciddi çatışmazlıqlar mövcud idi, daxili çəkişmələr dərinləşir, qanunsuz silahlı qruplar vəziyyəti daha da mürəkkəbləşdirirdi. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın işğalı genişlənir, cəbhədə ağır vəziyyət hökm sürürdü. Bütün bunlar dövlət müstəqilliyini real təhlükə altında qoymuşdu. Belə bir dövrdə Azərbaycan xalqı ölkəni böhrandan çıxara biləcək təcrübəli və qətiyyətli liderə ehtiyac duyurdu. Cəmiyyətin müxtəlif təbəqələrinin ümumi fikri ondan ibarət idi ki, mövcud vəziyyətdən çıxış yolu yalnız böyük dövlətçilik təcrübəsinə malik Heydər Əliyevin rəhbərliyindən keçir. Xalqın çağırışına cavab verən Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı ölkədə sabitliyin bərpası, dövlətçiliyin qorunması və inkişaf yolunun müəyyənləşdirilməsi baxımından həlledici mərhələ oldu.
Ulu Öndər Heydər Əliyev 1993-cü il oktyabrın 3-də keçiriləcək prezident seçkiləri ərəfəsində əhalinin müxtəlif təbəqələri ilə görüşərək ölkəni narahat edən məsələləri diqqətdə saxlayır, qarşıda duran əsas vəzifələri açıqlayırdı. Sentyabr ayında jurnalistlər, ziyalılar, gənclər, hüquq-mühafizə orqanlarının əməkdaşları və əmək kollektivlərinin nümayəndələri ilə görüşlərində ölkədə sabitliyin və ictimai asayişin təmin olunmasını, dövlət idarəçiliyinin möhkəmləndirilməsini və qanunsuz silahlı qrupların fəaliyyətinə son qoyulmasını əsas vəzifələrdən biri kimi müəyyənləşdirirdi. Bu yanaşma həmin dövrdə Azərbaycan cəmiyyətinin ən çox ehtiyac duyduğu sabitlik və təhlükəsizliyin təmin edilməsinə yönəlmiş mühüm dövlətçilik mövqeyi idi.
Məhz onun uzaqgörən siyasəti və qətiyyətli fəaliyyəti nəticəsində Azərbaycan müstəqilliyini qoruyub saxlaya bildi, daxili sabitlik təmin olundu və ölkənin gələcək inkişafının möhkəm təməlləri yaradıldı.
Vurğulamaq lazımdır ki, Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəaliyyətinin əsasını Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, milli maraqların qorunması və ölkənin davamlı inkişafının təmin edilməsi təşkil edirdi. O, müstəqil Azərbaycanın demokratik dəyərlər, hüquq və azadlıqlar, milli birlik və iqtisadi inkişaf prinsipləri əsasında güclənməsini mühüm vəzifə kimi qarşıya qoymuşdur. Heydər Əliyev azərbaycançılıq ideologiyasını dövlətçilik siyasətinin əsas dayaqlarından biri kimi müəyyənləşdirərək xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına xüsusi əhəmiyyət vermişdir. Onun rəhbərliyi ilə Azərbaycan dünya birliyində özünəməxsus mövqeyini möhkəmləndirmiş və müstəqil dövlət kimi beynəlxalq nüfuzunu artırmışdır. Ulu Öndər üçün dövlət bayrağı, himni və gerbi yalnız dövlət rəmzləri deyil, həm də milli qürur və müstəqilliyin ifadəsi idi. Onun siyasi irsində sülh, sabitlik, əmin-amanlıq və vətəndaş həmrəyliyi Azərbaycanın gələcək inkişafının mühüm şərtləri kimi xüsusi yer tutur. Bu gün Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik prinsipləri müasir Azərbaycanın inkişafında öz əhəmiyyətini qoruyaraq ölkənin gələcək hədəflərinə doğru inamla irəliləməsinə mühüm zəmin yaradır.

Zülfiyyə Mahmudova
YAP Yevlax rayon təşkilatının əməkdaşı
Xəbəri paylaş