Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan tarixində mühüm dönüş nöqtəsi

Azərbaycan tarixində mühüm dönüş nöqtəsi


"3 oktyabr 1993-cü il Azərbaycan tarixində mühüm dönüş nöqtələrindən biridir. Məhz həmin gün ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu hadisə ölkənin mürəkkəb siyasi və ictimai vəziyyətdən çıxaraq sabitlik və dövlət quruculuğu yoluna qədəm qoymasında mühüm mərhələ oldu.
Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyəti yalnız Azərbaycan miqyası ilə məhdudlaşmırdı. Onun zəngin dövlətçilik təcrübəsi, uzaqgörənliyi, diplomatik məharəti və mürəkkəb prosesləri düzgün qiymətləndirmək bacarığı dünya miqyasında böyük siyasi peşəkarlığın nümunəsi kimi dəyərləndirilir. 1993-cü ildən etibarən ölkədə ictimai-siyasi sabitliyin möhkəmləndirilməsi, dövlət institutlarının formalaşdırılması, iqtisadi islahatların başlanması və Azərbaycanın beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində mühüm addımlar atıldı".

Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Vəfa Qasımova deyib. O bildirib ki, Heydər Əliyevin siyasi strategiyasında Azərbaycanın milli maraqları, dövlət müstəqilliyinin qorunması və ölkənin beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsi xüsusi yer tuturdu. Onun rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində öz mövqeyini daha da gücləndirdi:

"Ulu Öndər Heydər Əliyevin dünya miqyaslı siyasi peşəkarlığı, zəngin dövlətçilik təcrübəsi və qətiyyətli liderliyi müasir Azərbaycanın dövlətçilik tarixində dərin iz qoymuşdur. 3 oktyabr 1993-cü il isə bu böyük siyasi yolun ən mühüm tarixlərindən biri kimi yaddaşlarda yaşayır".

Süleyman
Xəbəri paylaş