
"Son günlər Türkiyənin bəzi media resursları, sosial şəbəkə hesablarında Azərbaycanla bağlı qərəzli, əsası olmayan məlumatların əks olunması təəssüf doğurur. Onu da qeyd etmək istərdim ki, bu Türkiyə dövlətinin rəsmi mövqeyi deyil və qardaş ölkədəki müəyyən təxribatçı qrupların fəaliyyətinin nəticəsidir".
Newscenter-az xəbər verir ki, bunları Milli Məclisin deputatı Bəhruz Məhərrəmov səsləndirib. Millət vəkili təklif edib ki, Azərbaycanla strateji müttəfiqlik sazişi olan ölkələrlə birlikdə bu kimi hallara qarşı ciddi addımlar atılmalıdır:
"Təklif edirəm ki, strateji müttəfiqlik sazişi olan ölkələrlə parlament lər səviyyəsində təhqiqat qrupları yaradılsın və bu istiqamətdə iş aparılsın".
Süleyman











































