
"Dövlət gənc ailələrin yanında olmalıdır. Ailəyə daha çox uşaq dünyaya gətirmək deyil, daha təhlükəsiz, rahat yaşamaq aşılanmalı və bu istiqamətdə çalışılmalıdır".
Newscenter-az xəbər verir ki, bunları Milli Məclisin deputatı Razi Nurullayev səsləndirib. Millət vəkilinin sözlərinə görə, gənc ailələrə hansısa formada dövlət dəstəyi olmalıdır ki, gənc ailə sosial cəhətdən problem yaşamasın:
"Nəticə etibarilə gənclər də ailə qurmağa maraqlı olsunlar".
Deputat qeyd edib ki, gənc ailənin əmək bazarına da əlçatanlığı təmin olunmalıdır.
Süleyman











































