Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Barselona metrosu su altında qalıb

Barselona metrosu su altında qalıb


Güclü yağışlar nəticəsində Barselonanın bir neçə metro stansiyası su altında qalıb.

Newscenter.az xəbər verir ki, bu barədə El Periódico qəzeti yazıb. Qəzetin verdiyi məlumata görə, güclü yağışlar şəhərdə nəqliyyatın hərəkətini məhdudlaşdırıb, o cümlədən su basmış metro stansiyalarının bağlanmasına səbəb olub. Dərc edilən görüntülərdə metro keçidlərinin tavanlarından suyun axdığı görünür.

Qeyd olunur ki, şəhərdəki bəzi ictimai nəqliyyat marşrutları gün ərzində bərpa olunub, lakin bəzi yol hissələri hələ də bağlı qalıb. Nəqliyyatın hərəkətinə məhdudiyyətlər və yolların bağlanması şəhərdə ciddi tıxaclara səbəb olub.

Anar
Xəbəri paylaş