Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Həmrəylik təkcə salondan çıxmaqla nümayiş etdirilmir

Həmrəylik təkcə salondan çıxmaqla nümayiş etdirilmir


"Həmrəylik təkcə salondan çıxmaqla nümayiş etdirilmir. Həmrəylik həm də işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən quruculuq-abadlıq işlərinə dəstək verməklə sübuta yetirilir".

Newscenter-az xəbər verir ki, bunları Milli Məclisin deputatı Zahid Oruc İsrail baş nazirinin BMT Baş Assambleyasında çıxışı zamanı Azərbaycan diplomatının zalı tərk etməməsinə olan aqressiyaya münasibət bildirərkən deyib. O bildirib ki, dünənə qədər həmrəyliyi yada salmayan, Azərbaycanı işğalçı Ermənistan qarşısında yalnız qoyanların bu gün həmrəylikdən danışması ziddiyyət təşkil edir:

"Ermənistanın sabiq prezidentləri Robert Köçəryan və Serj Sərkisyan BMT tribunasından odlu-alovlu çıxış edən zaman hansı müsəlman ölkəsi, yaxud beynəlxalq təşkilatın nümayəndəsi onlara etiraz əlaməti olaraq zalı tərk etmişdi?".

Süleyman
Xəbəri paylaş