Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sabah yağış yağacaq

Sabah yağış yağacaq


Bakıda və Abşeron yarımadasında oktyabrın 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var.

Newscenter-az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Lakin havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 16-19° isti, gündüz 23-26° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 60-65 %, gündüz 50-55 % təşkil edəcək.

Azərbaycanın səhər şimal və qərb rayonlarından başlayarq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-18° isti, gündüz 24-28° isti, dağlarda gecə 7-12° isti, gündüz 16-21° isti olacaq.

Arzu
Xəbəri paylaş