
"Parlament sədri Sahibə Qafarova tərəfindən gözəl bir ənənə qoyulub və bu ənənə çox uğurla davam edir. Belə ki, müntəzəm olaraq parlamentdə müvafiq komitələrin təşkilatçılığı ilə ayrı-ayrı qanunlar, yaxud vacib məsələlərlə bağlı ictimai dinləmələr keçirilir. Bu cür dinləmələr cəmiyyəti düşündürən bir çox məsələlərin müzakirəsi və onların həlli istiqamətində təkliflərin hazırlanması baxımından əhəmiyyətlidir".
Newscenter-az xəbər verir ki, bunları Milli Məclisin deputatı Elman Nəsirov deyib. Millət vəkili təklif edib ki, parlamentin ayrı-ayrı komitələri tərəfindən regionlarda da ictimai dinləmələr keçirilsin:
"Məsələn, kənd təsərrüfatı rayonlarında aqrar sahədə baş verənlər, nəzərdə tutulan qanun layihələri, ona cəmiyyətin mövqeyini öyrənmək üçün ictimai dinləmə keçirmək olar. Eləcə də regionlarda digər sahələr, iqtisadiyyat, sosial sahələri əhatə edən ictimai dinləmələr keçirilə bilər".
Süleyman











































