
2027-ci ildə Çin lideri Si Cinpin Belarusa səfər edəcək.
Newscenter.az TASS-a istinadən bildirir ki, Çin liderini Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinə səfərə dəvət edib.
Qeyd edək ki, Belrus prezidenti çinli həmkarını ölkənin Milli Günü münasibətilə təbrik edib. İki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 35-ci ildönümü ərəfəsində Lukaşenko Si Cinpinə gələn il Belarusa rəsmi səfər etmək dəvətini təkrarlayıb. O, "Səfəriniz yubileyə xüsusi simvolik məna verəcək və Belarus-Çin münasibətlərində yeni bir mərhələnin başlanğıcını qoyacaq", - deyə vurğulayıb.
Anar












































