Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cənubi Qafqaz kimi həssas bir regionda hərbi balansı saxlamaq həyati əhəmiyyətli məsələdir

Cənubi Qafqaz kimi həssas bir regionda hərbi balansı saxlamaq həyati əhəmiyyətli məsələdir


Hərbiləşmə qlobal müstəvidə artıq tendensiya halını almış bir prosesdir. Demək olar ki, böyükdən kiçiyə hər bir ölkə öz maliyyə imkanları çərçivəsində sürətli silahlanma yarışına girib. Bu zərurətdir? Əlbbətə. Beynəlxalq nizam çökmüş vəziyyətdədir, hərbi aqressiya siyasi dialoqu kölgədə qoyub, beynəlxalq təşkilatlar funksiyasın itirib. Belə olduğu təqdirdə, Cənubi Qafqaz kimi olduqca həssas bir regionda hərbi balansı saxlamaq həyati əhəmiyyətli məsələdir.
Reallıq ondan ibarətdir ki, regionumuz Rusiya və İran kimi Qlobal Cənubun iki aqrresiv subyekti arasında yerləşir və hərbi təhdidlər bura üçün spesifik haldır. Bu məntiqlə yola çıxdıqda isə qarşımızda ADEX 2026 kimi strateji əhəmiyyətli hərbi sərgi dayanır. ADEX 2026 Azərbaycanın Cənubi Qafqazdakı güc balansını artırması fonunda olduqca əhəmiyyətli hadisədir. Prezident İlham Əliyevin sərgiylə tanışlığı Bakının sülh dövrü olmasına baxmayaraq təhlükəsizliyə ayırdığı diqqətin təcəssümü, eyni zamanda regionda mənfi situasiyalar formalaşdırmağa çalışan qüvvələrin nəticə çıxarmalı olduğu məqamdır.
Dünyanın aparıcı silah istehsalçısı olan şirkətlərin yer aldığı sərgi Silahlı Qüvvələrimiz üçün olduqca məhsuldar keçir. Yeni tip silahların alınması istiqamətində kontraktlar imzalanır. Təbii ki, ən diqqət çəkicisi Türkiyə və Çinlə olan hərbi-texniki əməkdaşlıq səhifələridir. Ölkəmiz qardaş ölkədən hava platformaları, son nəsil radar sistemləri, sahil müdafiə sistemləri və bir çox yeni nəsil silahlar alır. Mövcud razılaşma beş yüz milyon dollar dəyərindədir. Paralel olaraq Çin Xalq Respublikasından J 10 tipli döyüş təyyarələrinin alınmasını özündə əks etdirən faktlar yayımlanır. Bütün bunlar onu deməyə əsas verir ki, Silahlı Qüvvələrimiz kəmiyyət və keyfiyyət olaraq tamamilə fərqli sferaya keçid edir. Bununla yanaşı yerli istehsalın artması diqqətlərdən yayınmadı. Yuxarıda qeyd etdiyim fakta əsasən, yəni, ölkələrin sürətli silahlanma yarışı beynəlxalq silah bazarında tələbləri artırır. Bu isə olduqca yaxşı qazanc mənbəyidir. Lakin bu elə də asan bir məsələyə deyil. Böyük korporasiyalar silah bazarına ciddi nəzarət edir. Bu səbəbdən beynəlxalq əməkdaşlıqlar şərtdir. Türkiyənin hərbi sənaye brendi olan Baykarla bu istiqamətdə qurulan ortaqlıq silah bazarına sürətli çıxışı təmin etməyə şərait yaradır.
Siyasi şərhçi Pərviz Mirizadə
Xəbəri paylaş