Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cihangir İşbilir 44 günlük Zəfərin informasiya cəbhəsində Azərbaycan jurnalistlərinin rolundan yazıb

Cihangir İşbilir 44 günlük Zəfərin informasiya cəbhəsində Azərbaycan jurnalistlərinin rolundan yazıb


Türkiyədə nəşr olunan kitabda azərbaycanlı jurnalistlərin İkinci Qarabağ müharibəsində fəaliyyəti və dezinformasiya ilə mübarizədə rolu təhlil edilib.

Türkiyədə nəşr olunan kitabda İkinci Qarabağ müharibəsi zamanı azərbaycanlı jurnalistlərin və müharibə müxbirlərinin fəaliyyəti, dezinformasiya ilə mübarizədə rolu, eləcə də münaqişədən sonrakı dövrdə peşəkar hazırlığının gücləndirilməsi məsələlərinə geniş yer ayrılıb.

Newscenter.az ArabAZ-a istinadən xəbər verir ki, kommunikasiya müşaviri Dr. Alptekin Cihangir İşbilir kitabda “Müharibə müxbirliyinin ‘qoruma” və ‘müdafiə” funksiyaları: Qarabağ, Suriya və Qəzza nümunələri” adlı bölmənin müəllifidir. İşbilir bu bölmədə azərbaycanlı jurnalistlərin və müharibə müxbirlərinin fəaliyyətini ayrıca təhlil edib.

TUSAŞ-dan ilk böyük ixracat: “HÜRKUŞ-2″nin ilk ünvanı qardaş Azərbaycan oldu

Müəllif yazır ki, 44 günlük İkinci Qarabağ müharibəsi dövründə Ermənistan və onun beynəlxalq dəstəkçiləri tərəfindən yayılan dezinformasiyaya qarşı Azərbaycan yalnız döyüş meydanında deyil, informasiya və media müstəvisində də fəaliyyət göstərib. İşbilir Azərbaycanın cəbhədəki üstünlüyünü media və informasiya sahəsindəki fəaliyyətlə tamamlamasını beynəlxalq ictimaiyyət qarşısında dezinformasiya ilə mübarizənin mühüm nümunələrindən biri kimi qiymətləndirir.

Kitabda İkinci Qarabağ müharibəsi zamanı media və informasiya fəaliyyətinin əsasən cəbhə arxasında həyata keçirildiyi qeyd olunur. Bunun xəbər mənbələrinin daha çox rəsmi şəxslər, hərbi və mülki sözçülərlə məhdudlaşması kimi müəyyən çətinliklər yaratdığı bildirilir.

Eyni zamanda, erməni dilini bilən bəzi azərbaycanlı müharibə müxbirlərinin Ermənistanın sosial media kanallarını izləyərək məlumatları yoxlamaq və müəyyən xəbərləri təsdiqləmək imkanı əldə etdikləri vurğulanır.

Müəllif Qarabağda jurnalistlərin üzləşdiyi mina təhlükəsinə də xüsusi diqqət ayırıb. Kitabda müharibədən sonrakı dövrdə minaların həm mülki əhali, həm də bölgədə fəaliyyət göstərən jurnalistlər üçün ciddi təhlükə olaraq qaldığı qeyd edilir.

İşbilir müharibə müxbirliyinin mühüm fəaliyyət istiqamətlərindən birinin minatəmizləmə prosesinin işıqlandırılması olduğunu bildirir. Müəllifin qənaətinə görə, media qurumları mina problemini izləməklə və gündəmdə saxlamaqla müharibə müxbirliyinin “qoruma” funksiyasını yerinə yetirirlər.

Kitabda münaqişədən sonrakı mərhələdə Azərbaycan və Ermənistan arasında sülh prosesinin işıqlandırılmasına da toxunulur. Bu mövzu müharibə müxbirliyi ilə yanaşı, münaqişələrin təhlili istiqamətində jurnalistlərin peşəkar hazırlığının əhəmiyyətini artıran amillərdən biri kimi təqdim edilir.

İşbilir azərbaycanlı jurnalistlərin Anadolu Agentliyi və Türkiyə Polis Akademiyasının birgə təşkil etdiyi müharibə müxbirliyi təlimlərində iştirakını mühüm peşəkar potensialın formalaşdırılması kimi qiymətləndirib.

Bundan başqa, Azərbaycanın aparıcı media qurumlarının nümayəndələrinin Anadolu Agentliyi Akademiyasında “Münaqişələrin təhlili və müdafiə müxbirliyi” üzrə təlim keçdikləri qeyd olunur. Müəllif bu təlimlərin Azərbaycanda müharibə müxbirlərinin və münaqişə təhlilçilərinin sayının və peşəkarlıq səviyyəsinin yüksəlməsinə töhfə verdiyini bildirir.

Kitabda Türkiyə–Azərbaycan Media Platformasına da yer ayrılıb. Müəllif müharibədən sonra imzalanmış anlaşma memorandumu əsasında yaradılan platformanı iki ölkə arasında ortaq ictimai diplomatiya mexanizmi kimi xarakterizə edir.
Xəbəri paylaş