
Kiyev hakimiyyəti ilin sonuna qədər texniki xidmət problemləri səbəbindən bir dənə də olsun Amerika F-16 qırıcı təyyarəsi olmadan qala bilər.
Newscenter.az xəbər verir ki, bu barədə The Wall Street Journal yazıb.
Qəzetin yazdığına görə, Ukraynaya təhvil verilən qırıcı təyyarələrin yarıdan çoxu hazırda texniki xidmət problemləri səbəbindən boş dayanır.
Qeyd olunur ki, bir qayda olaraq, bu qırıcıların müntəzəm yoxlanılması iki həftədən altı həftəyə qədər çəkir. Lakin Amerika hakimiyyətinin Sabena Aerospace Engineering şirkəti ilə F-16-lara texniki xidmət müqaviləsi bağladığı Belçikada bu proses 40 həftəyə qədər çəkə bilər.
ABŞ Hərbi Hava Qüvvələrinin təqaüddə olan general-leytenantı Devid Deptula nəşrə bildirib ki, mövcud vəziyyət Ukrayna üçün hava hücumundan müdafiə böhranına çevrilir.
Anar











































