Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Polşanın müdafiə xərcləri artıb

Polşanın müdafiə xərcləri artıb


Polşanın 2027-ci ildə müdafiə büdcəsi xərcləri ölkə üçün rekord həddə çatacaq.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu müdafiə naziri Vladislav Kosiniak-Kamışın deyib. Nazir bildirib ki, keçən ilə nisbətən sərəncamımızda daha çox vəsait olacaq:

"Xərclər baxımından bu büdcə Polşa tarixində mütləq rekord olacaq".

Nazir qeyd edib ki, ictimaiyyətə təqdim olunan 2027-ci il dövlət büdcəsi layihəsində Aİ-nin SAFE militarizasiya proqramı çərçivəsində satınalmalarla bağlı 4 milyard zloti (1,03 milyard dollar) yoxdur.

Avqustun sonlarında Polşanın maliyyə naziri Andjey Domanski Polşa hökumətinin 2027-ci ildə müdafiə xərclərinə 198 milyard zlotı (53,5 milyard dollar) və ya ÜDM-in 4,5%-ni ayırmağı planlaşdırdığını demişdi.

Anar
Xəbəri paylaş