
Yəməndə qanlı savaş başlayıb. Səudiyyə Ərəbistanı hökuməti ABŞ-dan aviasiya dəstəyi istəsə də Vaşinqton bundan imtina edib. Çünki maksimum insan tələfatı üçün savaşın uzanması və münaqişənin ətrafa yayılması onlara lazımdır. Qədim Səna şəhəri Səudiyyə Ərəbistanının təcrübəsiz aviasiyası tərəfindən kor-koranə şəkildə bombalanır, min illərlə tarixi olan mədəni abidələr, tarixi, dini tikililər yerlə yeksan edilir.
Bir neçə gün öncə Tramp Ağ Evdə keçirilən mətbuat konfransında İraqdan qoşunlarının çıxarmasını şərh edərkən deyib ki, İraqa Xilafəti yıxmaq üçün daxil olmuşduq, artıq Xilafət yoxdur. Doğru deyir. İslam Xilafətinin uzun müddət mərkəzi olan, Sasani imperiyasına qarşı savaşan İraq cəbhəsi artıq tamamilə Sasani işğalındadır. İraqdakı sabiq rejim tarixi Xilafət varisi funksiyasını ifa etməsə də strateji baxımdan Yaxın Şərqin sipəri rolunda idi. Tramp məhz bu sipəri aradan götürdüklərini ifadə etmək istəyib. Çünki artıq bütöv, İsrail üçün təhdid yaradan, ABŞ-a meydan oxuyan İraq əvəzinə parçalanmış, viran olmuş, de-fakto Kufə mərkəzli, pərakəndə, yarımolla bir sistem var.
Səlib müharibəsi hələ ki, ilkin mərhələsində davam edir. Yəni, müsəlmanı müsəlmana qırdırmaq mərhələsi. Əgər işdir, bir neçə müsəlman ölkəsi birləşsə, dərhal İslama qarşı açıq səlib savaşı elan olunacaq. Hazırki elan olunmamış səlib müharibələri ona görə din müharibəsi elan olunmur ki, bu elan müsəlmanların da açıq vahid müdafiə ittifaqı qurmasına əsas yarada bilər. Odur ki, hələlik bu savaşlar "demokratiya", "insan haqları", "diktaturanı devirmək", "təhlükəsizlik" şüarları altında aparılır. Ehtiyac yarandığı təqdirdə açıq şəkildə elan edə bilərlər.
Səudiyyə Ərəbistanı və Türkiyənin güvəndiyi Pakistanın üstünə Əfqanıstanı bir neçə dəfə təhrik etdilər, lakin effekt vermədi. İndi daxildən qarışdırmağa başlayıblar. İsmaili icmasına məxsus batini dəstələr canlanmaqda və əsasən Britaniyadakı liderləri aktivləşməkdədir... Ola bilsin yaxın günlərdə müxtəlif siyasi şüar və tələblərlə mitinqlər təşkil olunsun və kütləvi xaos yaratmaqla hökumətin başını qatmağa cəhd edilsin.
İranın ideoloji məsələlərdə Britaniya dərin dövləti ilə bağlılığı fonunda eyni zamanda Türkiyədə də molla rejiminə bağlı radikal, ekstremist qüvvələri canlandırıblar. Artıq keçmiş FETÖ sistemi kimi yeni şəbəkələr qurulmaqdadır. Həşşaşi İsmaililərin kökü İran, Qəzvin, Ələmut qalasıdır. Hazırki İsmaili, Nizari imamları da əslən iranlıdır. Bu camaat daha çox Pakistan, Hindistan və Avropa ölkələrindədirlər. Başçıları Ağa Xan titullu şəxslər bilavasitə İngiltərənin ali rütbələrini daşıyan, ora bağlı şəxslərdir. Vaxtilə Hindistanın işğalı zamanı İngiltərə ilə sıx əlaqələrə giriblər. Necə ki, İranda özünü sistemə müxalif kimi təqdim edən Ayətullah Şirazinin də Britaniyada geniş təsir rıçaqları var. Vaxtilə Londonda səfirliyimizə hücum edib bayrağımızı oradan çıxaran dəstələr və liderləri də məhz İran ilə Britaniya arasında gizli koordinasiyanı təmin edənlər idi.
Məqsəd böyük güc sahibi müsəlman ölkələrinin başını bir-birinə qatıb Yaxın Şərqin xəritəsini dəyişməkdir.
Suriyada Druzlar, Ələvilər, Yəməndə Husilər, Pakistanda da İsmaililər tarixi yaranış missiyalarını icra etməyə hazır vəziyyətə gətirilib. Eyni zamanda Türkiyədə Hüdapar və digər dərnək və qurum adları altında fəaliyyətdə olan həşşaşi dəstələrinə nəzarətin gücləndirilməsi gözlənilir.
Xarici siyasətə daha çox zaman ayırıb daxildə ideoloji, dini məsələlərlə bağlı, həmrəylik və təhlükəsizlik sahəsində bir qədər boşluqlara yol vermiş Türkiyə və Pakistan ümid edirəm ki, gec olmadan növbəti "Şahqulu üsyanları" baş qaldırmamış tədbirlər görəcəklər.
Tural İrfan












































