
Türk dünyasının tarixi və coğrafi kilit nöqtəsi olan Naxçıvan növbəti beynəlxalq miqyaslı tədbirə ev sahibliyi etməyə hazırlaşır.
Newscenter.az xəbər verir ki, regional inteqrasiya və strateji əməkdaşlıq çərçivəsində təşkil olunacaq Kültürəl Diplomasi Forumu Türk dövlətləri arasındakı mədəni, siyasi və iqtisadi bağları daha da möhkəmləndirmək məqsədini daşıyır.
Kültürel Diplomasi Forumu mədəniyyət, incəsənət, təhsil və elmin beynəlxalq əlaqələrdə diplomatik bir alət kimi istifadəsini araşdıran, siyasətçiləri, diplomatları, akademiyaları və gənc liderləri bir araya gətirən beynəlxalq platformadır.
Naxçıvan bəyannaməsinin ruhuna uyğun olaraq keçiriləcək bu forum, Türk dünyasının ortak gələcəyə doğru növbəti strateji addımı kimi qiymətləndirilir.
Qeyd edək ki, Forum 9 oktyabrda Naxçıvan şəhərində təşkil olunacaq.












































