Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib


Oktyabrın 6-da “Bakı Fond Birjası” QSC-də Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201240063 ISIN kodlu, tədavül müddəti 720 gün olan dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Newscenter.az xəbər verir ki, AZ0201240063 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 207,1 milyon manat təşkil edib.

Maliyyə Nazirliyi tərəfindən 94,6 milyon manat məbləğində dövlət istiqrazlarının rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 98,1800 (6,9908%) və kəsmə qiyməti 98.1634 (7.0000%) səviyyəsində müəyyən edilib.

İstiqrazların ödəmə müddəti 6 oktyabr 2028-ci ildir.

Süleyman
Xəbəri paylaş