Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xocavənddə silah-sursat aşkar edilib

Xocavənddə silah-sursat aşkar edilib


Xocavənd rayonunun Güney Xırman kəndi ərazisindəki tikilinin içərisindən 74 müxtəlif növ mina, 74 müxtəlif növ qumbara, 4 TNT partlayıcısı (trotil), 110 partladıcı, 12 mərmi, 23 mindən artıq patron və digər sursatlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Bu barədə Newscenter.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bundan başqa, keçirilən əməliyyat tədbirləri nəticəsində tapdığı sursatı polisə təhvil verməyən şəxs də müəyyən edilərək saxlanılıb. Ondan 60 ədəd avtomat patronu aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Xocavənd Rayon Polis Şöbəsində araşdırma aparılır.

Mehman Mehdiyev
Xəbəri paylaş