Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qərb Azərbaycanın daxili işlərinə qarışmaq yolu ilə onu öz təsirində saxlamağa çalışır

Qərb Azərbaycanın daxili işlərinə qarışmaq yolu ilə onu öz təsirində saxlamağa çalışır


"Avropa Birliyi Azərbaycan kimi müstəqil siyasət yürüdən bir ölkəyə başqa hansı yollarla təsir edə bilər ki? Qərb Azərbaycanın daxili işlərinə qarışmaq yolu ilə onu öz təsirində saxlamağa çalışır. Bu imperialist əhvalın bariz üslubudur. Bir anlıq təsəvvür edək, Qərbin əgər əlində on illər boyu çeynəyib çürütdüyü demokratiya, insan haqları, söz azadlığı kimi alətlər olmasa, o, Azərbaycanın daxili işlərinə necə qarışa bilər? Demokratiyanı və insan azadlığını eynicinslilərin nikahı kimi anlayan bu mənəviyyatsızların bizdən nə istədiklərini biz çox yaxşı bilirik".

Bu fikirləri Newscenter.az-a iqtisad elmləri doktoru, professor Fikrət Yusifov Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməni şərh edərkən səsləndirib. O bildirib ki, ancaq bu bölgəyə belə çirkin yollarla girmək mükün deyil:

"Biz bir dövlət olaraq öz maraqlarımızı Qərbin Avroparlament kimi saxta bir təsisatının qəbul etdiyi qətnaməyə uyğun qurmalıyıqmı? Əsla!".

Fikrət Yusifov deyib ki, Avropa Birliyi Cənubi Qafqazda Azərbaycanı özünə tərəf müqabil kimi görmək istəmirsə bu onun öz işidir:

"Bu əməkdaşlığın aradan götürülməsi Qərbin bu regiona girişinə son verilməsi deməkdir. Qərb bunu istəyəcəkmi? Qərb sadəcə olaraq bizi yersiz hədələrlə qorxutmağa çalışır. Buyursun görək Avroparlament adlı saxta bir təsisatı bizim üstümüzə hürdürən Avropa Birliy sonda nə qazanacaq? Bunun fərqində olsunlar gərək. Azərbaycan nə Ermənistan nə də Gürcüstan deyil, Azərbaycan bu bölgənin açar ölkəsidir və onun bölgədə Türkiyə və Rusiya kimi yaxın dəstəkçiləri var".

Süleyman
Xəbəri paylaş